7 C
Baku
Sunday, December 15, 2024

“Tesla” dünyanın ən populyar avtomobil markası olub

Amerikanın “Tesla”sı – internetdə ən məşhur avtomobil markası olub. Bunu “Google”un axtarış sorğularının statistikası sübut edir.

Banker.az xəbər verir ki, ona əsasən, İlon Maskın şirkəti ildə minimum 11 100 000 dəfə axtarılır.

Qeyd edək ki, populyarlığına görə ikinci “Volkswagen”, üçüncü isə “Toyota” olub. Onların hər birinə təxminən 9 140 000 sorğu düşür. Dördüncü və beşinci yerləri müvafiq olaraq “BMW” və “Hyundai” tutub.

Altıncı və yeddinci sıralarda “Audi” və “Honda” yer alıb – axtarış sorğularının təxminən 6 120 000 onların payına düşüb. Bunun artınca “Fond”. “Porsche”, “Lamborghini” və “Kia” gəlir.

Eyni zamanda, dünyanın ən populyar avtomobil brendlərinin Top 20-liyinə “Renault”, “Peugeot”, “Nissan”, “Jeep”, “Mercedes-Benz”, “Ferrari”, “Mazda”, “Chevrolet” və “Skoda” daxil olub.

Son xəbərlər
Digər xəbərlər