8 C
Baku
Friday, March 29, 2024

Tesla ictimai bir şirkət olaraq qalacaq. İlon Mask şirkətin səhmlərini satın almaq fikrinindən imtina etdi

Teslanın təsisçisi və rəhbəri İlon Mask birjadan şirkətin səhmlərini almaqdan imtina etdi. Tesla ictimai bir şirkət olaraq qalacaq. Bu barədə TechCrunch-a bildirilib.

Maskın verdiyi məlumata əsasən,o, Teslanın səhmdarları ilə söhbət edib, sonra şirkətin özəlləşdirilməməsinə qərar verib. Səhmdarlar bildirirlər ki, Teslanın ictimai bir şirkət olaraq qalmağı daha yaxşıdır, bununla Mask özü də razılaşıb. Onun sözlərinə görə, bəzi investorlar öz iş qaydalarına görə özəl şirkətlərə investisiya qoyma qabiliyyətində məhdudlaşırlar.

«Buna baxmayaraq, səhmlərin yenidən alınmasına ehtiyyac olarsa, biz lazımı maliyyələşdirmə imkanını əldə edəcəyik».

Xatırladaq ki, Teslanın səhmlərinı alma ehtimalı ilə bağlı Mask Twitter-də bir neçə həftə əvvəl yazmışdır. Bu bir sıra skandallar və hətta istintaqa səbəb oldu.

Son xəbərlər
Digər xəbərlər