17 C
Baku
Monday, May 13, 2024

“Tesla” Qırmızı dənizdə gəmilərə hücumlara görə Avropadakı ən böyük zavodunda istehsalın çox hissəsini dayandırıb

Milyarder İlon Maskın avtomobil istehsalçısı “Tesla” komponent çatışmazlığı səbəbindən Avropada Berlin yaxınlığındakı ən böyük zavodunda istehsalın çox hissəsini dayandırıb.

Təchizat problemləri husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumları nəticəsində başlayıb.

“Qırmızı dənizdəki silahlı münaqişələr və “Ümid burnu” vasitəsilə Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarında baş verən dəyişikliklər də hasilata öz təsirini göstərir”, – şirkət bildirib.

“Tesla” səhmləri gecikmələrin elan edilməsi fonunda Frankfurt birjasında 1,7 faiz ucuzlaşıb.

Dünyanın aparıcı gəmiçilik şirkətləri Asiyadan Avropaya ən sürətli dəniz yolu olan və qlobal dəniz nəqliyyatının təxminən 12 faizini təşkil edən Süveyş kanalından husi yaraqlılarının hücumları nəticəsində uzaqlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər