23 C
Baku
Saturday, April 27, 2024

“Tesla”nın Almaniyadakı zavodu fəaliyyətini dayandırıb

Çərşənbə axşamı Almaniyadakı “Tesla” zavodunda bitişik ərazidə baş vermiş yanğının nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırılıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Berliner Zeitung yazır ki, yanğına səbəb qəsdən alışdırma ola bilərdi. Zavoddan əlavə, yaxın ərazilərdə 2 minə yaxın ailə işıqsız qalıb.

KİV-in məlumatına görə, ekoloji fəallar bu yaxınlarda şirkətin istehsal sahəsini genişləndirmək üçün kəsmək istədiyi “Tesla” zavodunun yaxınlığındakı meşədə etiraz aksiyaları keçiriblər.

“Tesla” səhmləri 2.4% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 24% azalaraq 643.5 milyard dollar təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər