“Tezliklə Füzulidə Peşə Mərkəzinin inşasına başlanılacaq”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, Qarabağa Qayıdış proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsili mərkəzi inşa olunacaq.