26 C
Baku
Wednesday, April 24, 2024

Tibbi müayinədən keçməyən 669 nəfər işçi işdən kənarlaşdırılıb

Сari ildə 1668 ticarət və 1121 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı ticarət müəssisəsində 3945 nəfər, ictimai iaşə müəssisəsində isə 3643 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan verilən məlumata əsasən, 100 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 669 nəfər işçinin işdən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.

Nəzərə almaq lazımdır ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Bir sıra dəri və yoluxucu xəstəliklər də qida vasitəsilə xəstəlik daşıyıcılarından ötürülə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər