-1 C
Baku
Sunday, December 15, 2024

Tikinti şirkəti ilə bağlı iş məhkəməyə göndərildi

Gəncədə qanunsuz gəc mineral xammalı götürən tikinti şirkəti cərimələnib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşları nəzarət tədbirləri zamanı Gəncə şəhəri, “Şıxdüzü” adlanan ərazidə “Abadlıq” Tikinti Materialları İstehsalı Firmasının qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürdüyünü aşkarlayıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub.

Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər