15 C
Baku
Saturday, April 20, 2024

“TikTok” Rusiyada fəaliyyətini dayandırdı

Çinin “TikTok” sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.

Sosial şəbəkə bu barədə “Twitter” hesabında məlumat yayıb. Qeyd edilir ki, “TikTok” Rusiyanın yalan xəbərlərlə bağlı yeni qanuna görə fəaliyyətini dayandırıb.

Sosial şəbəkə indi istifadəçilərə Rusiyada paylaşım etməyə icazə vermir.

Şirkətdən bildirillib ki, Rusiyanın yalan xəbərlələ bağlı yeni qanununun qəbulunun təhlükəsizliklə bağlı təsirlərini nəzərdən keçirərkən canlı yayımı və video xidmət üçün yeni məzmunu dayandırmaqdan başqa seçim yoxdur. “Bizim tətbiqdaxili mesajlaşma xidmətimiz pozulmayacaq”, – şirkətin xəbərdə deyilir.

Şirkət həmçinin əlavə edib ki, xidmətlərin nə vaxt tam bərpa olunacağını müəyyən etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam etdirir.

 

 

Son xəbərlər
Digər xəbərlər