8 C
Baku
Friday, December 13, 2024

Tokio birjasının “Nikkei” indeksi 1991-ci ildən maksimum səviyyəyə çatıb

Yaponiya üçün aparıcı rol oynayan “Nikkei” indeksi cümə günü demək olar ki, 1% artaraq 1991-ci ildən maksimum səviyyəyə çatıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Ekspertlərin rəyinə görə, bunun əsas səbəbi ABŞ-ın ticarət meydançalarında müşahidə edilən müsbət tendensiyalardır.

Xatırladaq ki, “Nikkei” indeksi özündə ABŞ-ın 225 aparıcı şirkətini birləşdirir. 6 noyabr tarixində 0,91% (24 325,23 bənd) artım olub.

Yaponiyanın milli valyutası dollara qarşı möhkəmlənib. İnvestorlar ABŞ-dakı prezident seçkiləri səbəbindən yarana biləcək dəyişkənliyi nəzərə alaraq, kütləvi şəkildə yen almağa başlayırlar.

Bundan əlavə, Yaponiyanın avtomobil istehsalçılarının maliyyə hesabatları da bazardakı tendensiyalara öz təsirini göstərib. Xüsusilə, “Toyota Motor” cari ilin birinci yarısında (apreldən sentyabra qədər) 2020-ci il üçün proqnozunu dəyişib. İndi şirkət gəlirinin 60% deyil, cəmi 30% azalacağını gözləyir. Bunun fonunda “Toyota Motor” səhmləri 2,3% artıb (7 148 yenə qədər).

Son xəbərlər
Digər xəbərlər