21 C
Baku
Friday, April 26, 2024

Topxana meşəsinin bərpasına başlanılıb

1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsi nə başlanıb. Həmçinin ərazidə ağac toxumları da səpilib:

“Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək. Nazirlik əməkdaşları həmçinin Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesini həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər