4 C
Baku
Friday, March 29, 2024

“Toyota” 11 zavodunun fəaliyyətini dayandırıb

“Toyota Motor Corp” avtomobil konserni komponent çatışmazlığı səbəbindən Yaponiyada 11 zavodunun fəaliyyətini dayandırdığını elan edib.

Banker.az xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında dərc olunub.

“COVID-19-un yayılmasının yaratdığı hissələrin çatışmazlığı ilə əlaqədar olaraq, Yaponiyadakı zavodların avtomobil istehsalını dayandırdığını elan etmək istərdik”, – deyə mesajda bildirilib.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın aparıcı biznes qəzeti “Nikkei” “Toyota”nın koronavirusun “omikron” ştamının yayılması səbəbindən ölkə daxilində 11 zavodda 21 istehsal xəttinin bağlandığını bildirmişdi.

Şirkət zavodlarında yoluxmuş işçilərin sayının artması səbəbindən istehsalı dayandırmaq məcburiyyətindədir.

Ümumilikdə, pandemiya dövründə Yaponiyada 2 017 531 nəfər yoluxub, onlardan 18 469 nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər