22 C
Baku
Thursday, May 2, 2024

“Toyota” 2023-cü ildə istehsal proqnozunu 10% azaldıb

2022-ci ildə “Toyota” yarımkeçirici çatışmazlığı və COVID-19 virusunun yayılması səbəbindən istehsal planını dəfələrlə tənzimləmək məcburiyyətində qaldığı üçün demək olar ki, hər ay üzr istəyib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Dərc olunan press-relizdən göründüyü kimi, hər şey plana uyğun getsə, “Toyota” 2023-cü ildə cəmi 10.6 milyon avtomobil yığa biləcək, bu da planlaşdırılan həcmdən təxminən 10% azdır. Şirkət hələ də növbəti 12 ay ərzində istehsala münasibətdə real düşünür.

Avtomobil istehsalçılarının böyük əksəriyyətindən fərqli olaraq, “Toyota” elektriklə işləyən avtomobillərə keçmək istəmədiyini bildirib. Bu məqsədlə şirkət hidrogenlə işləyən daxili yanma mühərrikləri ideyasını müzakirə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər