16 C
Baku
Thursday, May 2, 2024

“Toyota” dünyada ən böyük avtomobil istehsalçısı olub

2023-cü ilin birinci yarısında “Toyota” Almaniyanın “Volkswagen AG” və digər rəqiblərini qabaqlayaraq dünyanın ən böyük avtomobil istehsalçısı olub.

Bu barədə “Kyodo” nəşrinə istinadən xəbər veririlir.

“Toyota”, “Daihatsu” və “Hino” markaları altında satılan avtomobillər də daxil olmaqla, altı ay ərzində dünya üzrə 5,42 milyon nəqliyyat vasitəsi satdığını açıqlayıb.

Ötən illə müqayisədə avtomobil istehsalçısı 5,5% çox avtomobil satmağı bacarıb. Yaponiya avtomobil istehsalçısı bildirib ki, satış artımı bütün dünyada istehsal gücünün artırılması hesabına əldə edilib.

Müqayisə üçün qeyd edək ki, “Volkswagen” 2023-cü ilin birinci yarısında cəmi 4,37 milyon avtomobil satıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

“Toyota” şirkətinin dünya üzrə istehsalı 10,3% artaraq 5,63 milyon ədədə çatıb. Onun Yaponiyadan kənarda istehsalı da 3,53 milyon avtomobillə rekord həddə yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər