21 C
Baku
Thursday, April 25, 2024

“Toyota” elektromobil istehsalına $70 mlrd. sərmayə qoyacaq

“Toyota Motor Corp”un prezidenti Akio Toyoda şirkətin yaşıl nəqliyyat vasitələrinin inkişafına, habelə zərərli tullantıların azaldılmasına dair planını açıqlayıb.

Banker.az xəbər verir ki, proqramın əsas istiqaməti həm hibrid, həm də tam elektriklə işləyən yeni avtomobillərin kütləvi istehsalı olacaq.

Şirkət qeyd edir ki, bu məqsədə çatmaq üçün büdcədən təxminən 70 milyard dollar vəsait ayrılır. Məbləğin 35 milyard dolları 2022-ci ildən 2035-ci ilə qədər olan dövr üçün nəzərdə tutulur.

Nəticədə “Toyota” 2030-cu ilə qədər elektrik avtomobil satışlarının ildə təxminən 3.5 milyon olacağını gözləyir. Eyni zamanda şirkət dünya üzrə istehlakçılara 30 model “Toyota” və “Lexus” təqdim etməyi planlaşdırır.

Bir vaxtlar “Toyota Prius”un dünyada ilk kütləvi istehsal olunan hibrid avtomobillərdən birinə çevrilməsinə baxmayaraq, bir çox ekspertlər Yaponiya şirkətini tam elektrikli modellərin (BEV) istehsalında rəqiblərindən geri qaldığına görə qınayır.

“Əvvəllər tam elektriklə işləyən avtomobillərə o qədər də maraq göstərmirdim, lakin indi bu məni düşündürür”, – deyə Toyoda çıxışı zamanı söyləyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər