11 C
Baku
Wednesday, December 11, 2024

“Toyota” ötən il dünyanın ən çox avtomobil satan şirkəti olub

Ötən il Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” mini-avtomobil istehsalçısı “Daihatsu” və pikap istehsalçısı “Hino” da daxil olmaqla, qlobal miqyasda təxminən 10,5 milyon avtomobil satıb.

Bu, 2020-ci illə müqayisədə 10,1 % çoxdur.

“Toyota”nın “COVID-19” pandemiyası səbəbi ilə zavodlarının bağlanmasından və yarımkeçirici çip təchizatı çatışmazlığından yerli və xarici rəqiblərinə nisbətən daha az təsirləndiyi bildirilib.

Bununla da, Yaponiya şirkəti qlobal avtomobil satışlarında ən yaxın rəqibi Alman istehsalçısı “Volkswagen”in ötən ilki satışlarını geridə qoyub və 2020-ci ildə etdiyi birinciliyi qoruyub, saxlayıb.

Xatırladaq ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in satışları illik müqayisədə 4,5 % azalaraq 8,9 milyon ədədə enmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər