21 C
Baku
Thursday, April 25, 2024

“Toyota” rekord sayda avtomobil satıb

“Toyota Motor” ötən maliyyə ilində (31 martda başa çatıb) 9.1 milyondan çox avtomobil istehsal etmişdir ki, bu da korporasiya üçün rekord nəticədir. Hesabat dövründə avtomobil satışı 10.6 milyon təşkil edib ki, bunun 8.5 milyonu Yaponiyadan kənarda satılıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Asiyada tələbin artması, eləcə də mikroprosessorların tədarükü ilə bağlı problemlərin müəyyən qədər yumşaldılması və COVID-19 ilə əlaqədar ciddi məhdudiyyətlərin aradan qaldırılması şirkətə belə göstəricilərə çatmağa imkan verib. Bununla belə, “Toyota Motor” öz hesabatında pandemiyanın yaratdığı mikroprosessor çatışmazlığının uzunmüddətli təsirlərini hiss etməyə davam etdiyi barədə xəbərdarlıq edir.

Hesabatda göstərildiyi kimi, başa çatan maliyyə ilində “Toyota” üçün ən böyük bazar Asiyadır – 3.3 milyon. Asiya ölkələri arasında Çin ən böyük alıcı olaraq qalır. İkinci ən böyük bazar Şimali Amerika (2.4 milyon), üçüncü isə Yaponiya özü (1.4 milyon) olub.  Avropalılar il ərzində 1.04 milyon avtomobil alıblar (artım 2.1%).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər