8 C
Baku
Thursday, December 12, 2024

“Toyota” Rusiyada 22 mindən çox avtomobili geri çağırır

“Toyota”nın Rusiyadakı rəsmi nümayəndəsi “Toyota Motor Company” 2003-2007-ci illərdə ölkədə satılan 22 mindən çox “Toyota Avensis” avtomobilini könüllü olaraq geri çağırıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Geri çağırılmaya səbəb bu modelin bəzi avtomobillərində istilik və rütubətin təsiri altında sürücünün təhlükəsizlik yastığındakı sıxlığın azalması riskinin olması olub.

Hesabatda qeyd olunur ki, zədələnmiş təhlükəsizlik yastığının işləməsi qaz generatorunun gövdəsinin dağılması, həmçinin qaz generatorunun fraqmentlərinin sərnişin salonuna daxil olması ilə nəticələnir və bu da öz növbəsində sürücünün və ya sərnişinin xəsarət almasına səbəb ola bilər.

Geri çağırılan avtomobillərdə sürücünün təhlükəsizlik yastıqlarının qaz generatorunun dəyişdirilməsi nəzərdə tutulur, işlər pulsuz həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər