Yaponiyanın “Toyota” avtomobil istehsalçısı Rusiyada istehsalı dayandırır. Qeyd olunur ki, zavod Peterburqda 15 il fəaliyyət göstərib. Avtokonsern komponentlərin Rusiyaya tədarükünü təşkil etməyə çalışsa da, səyləri özünü doğrultmadı.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Son aylarda – martın əvvəlindən – Ukraynada müharibənin başlamasından sonra avtomobil istehsalçısının Peterburqdakı zavodu maddi-texniki təchizatla bağlı çətinliklərə görə fəaliyyətini dayandırıb.
Rusiyada “Toyota” istehsalı 2007-ci ildə başlayıb. Prezident Vladimir Putin 2005-ci ildə gələcək müəssisənin yerinə ilk daşın qoyulması, sonra isə onun istifadəyə verilməsi mərasimində iştirak edib.
Ölkədəki “Toyota” və “Lexus” avtomobillərinin sahibləri üçün heç nə dəyişməyəcək. Şirkət satışdan sonra xidmət göstərməyə davam edəcək. Bundan əlavə, qərar diler şəbəkəsinin fəaliyyətinə təsir göstərmir.