10 C
Baku
Wednesday, December 11, 2024

“Toyota” və “Lexus” Rusiyaya tədarükü dayandırıb

“Toyota” və “Lexus” avtomobillərinin Rusiyaya tədarükü müvəqqəti olaraq dayandırılıb, martın 4-dən etibarən Sankt-Peterburqdakı “Toyota” zavodu komponentlərin tədarükü ilə bağlı problemlərə görə fəaliyyətsiz qalıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Ehtiyat hissələrinin tədarükü ilə bağlı gecikmələrə görə, “RAV4” və “Camry” istehsal edən Sankt-Peterburqdakı zavod 4 mart 2022-ci il tarixindən öz işini dayandırır”, – mesajda bildirilib.

Qeyd edək ki, Sankt-Peterburqdakı “Toyota Motors” zavodu 2007-ci ildə açılıb, şirkət “Toyota Camry” sedanını və “Toyota RAV4” krossoverini istehsal edir. Onun istehsal gücü ildə 100 min avtomobil təşkil edir. Avropa Biznes Assosiasiyasının məlumatına görə, 2021-ci ildə şirkətin Rusiyadakı satışları 7% artaraq, demək olar ki, 98 000 ədədə çatıb.

Son xəbərlər
Digər xəbərlər