9 C
Baku
Friday, December 13, 2024

“Toyota”nın avtomobil istehsalı və satışında rekord göstərici

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” dərc etdiyi hesabatda korporasiyanın oktyabr ayında beynəlxalq istehsal və satış həcmində rekord göstəriciyə nail olduğunu qeyd edib.

Ötən ay korporasiyanın istehsal həcmi 900 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 16.7 faiz çoxdur. Eyni zamanda, oktyabr ayı üzrə satış həcmi 7 faiz artaraq 890 min avtomobilə çatıb.

Müvafiq müsbət tendensiya əsasən Avropa və Şimali Amerika avtomobil bazarlarında “Toyota” məhsullarına tələbatın artması ilə izah olunur.

2022-ci ildə “Daihatsu” və “Hino” törəmə kompaniyaları ilə birgə 10.48 milyon avtomobil satan “Toyota” korporasiyası ardıcıl olaraq üçüncü ildir ki, dünya üzrə avtomobil satışında birinci yeri tutur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər