5 C
Baku
Saturday, December 14, 2024

Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6.5%-dək endirəcək

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini daha da azaldacağını proqnozlaşdırıb.

“Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda faiz dərəcəsinin bu ilin üçüncü rübünün sonuna qədər 7%, ilin sonunda isə 6.5% olacağı gözlənilir.

“Bizim ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 2025-ci ildə 5.50%, 2026-cı ildə isə 5.00% civarında müəyyən edəcək”- “Trading Economics” əlavə edib.

Qeyd edək ki, sonuncu dəfə bu il iyunun 21-də AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər