16 C
Baku
Thursday, May 2, 2024

“Trading Economics” bu il üçün Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Ecomonics” 2024-cü ilin sonunadək Azərbaycanda uçot dərəcəsinin 6.5%-ə enəcəyini proqnozlaşdırır.

Bildirilib ki, birinci rübdə uçot dərəcəsi 7.25% səviyyəsində saxlanılacaq, ikinci və üçüncü rübdə 7%, dördüncü rübündə isə 6.5% səviyyəsinə düşəcək.

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0.25 faiz bəndi azaldılaraq 8%-dən 7.75%-ə endirilməsi barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi azaldılaraq 6.5%-dən 6.25%-ə, yuxarı həddi isə 0.25 faiz bəndi azaldılaraq 9%-dən 8.75%-ə endirilib.

Faiz dəhlizinin parametrləri haqda növbəti qərar sabah, martın 28-də açıqlanacaq.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər