Keçmiş Amerika lideri Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə tərəfdarları üçün ABŞ-ın 45-ci prezidentinin saytını açıb.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
“Donald Trampın ofisi keçmiş Amerika liderinin irsini qorumağa çalışır və “İlk öncə Amerika” proqramını təbliğ edir. Vətəndaş iştirakı ilə əlaqə quran bu ofis, Amerikanın böyük gələcəyini qurmağa çalışdığımız müddətdə amerikalıları məlumatlandırmaq, öyrətmək və ilhamlandırmaq üçün əlindən gələni edəcək”, – deyə veb-saytın birinci səhifəsində deyilir.
Qeyd edildiyi kimi, portal insanların Donald və Melaniya Trampa məktub göndərməyə, onların tədbirlərinin təqvimini izləməyə imkan verəcək.
“Fox News”un verdiyi məlumata görə, öz saytını açmaq təşəbbüsü keçmiş prezidentin yanvar ayında bir sıra media platformaları hesablarını blokladıqdan sonra tərəfdarları ilə əlaqə qurmaq, o cümlədən gələcək çıxışları barədə məlumat vermək cəhdidir.
Bu media platformalarına “Facebook”, “Instagram”, “Snapchat” və “Twitter” daxildir.