Tramp: ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək

ABŞ İranla sülh razılaşmasının əldə olunması və Hörmüz boğazının yenidən açılması fonunda Rusiya neftinə qarşı sanksiyaları bərpa edə bilər. Bu barədə ABŞ prezidenti Donald Tramp G7 sammitində bildirib.

“Tezliklə bunu edə biləcəyik, çünki hazırda neft tədarük olunur. Biz sanksiyaları aradan qaldırdıq, çünki açıq şəkildə neft tədarükünə mane olmaq istəmirdik. Buna görə də yaxın vaxtlarda bunu etmək imkanımız olacaq”, – deyə Tramp bildirib.

Martın 13-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) martın 12-dək tankerlərə yüklənmiş neft və neft məhsullarının daşınmasına icazə verib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev daha əvvəl qeyd etmişdi ki, söhbət tranzitdə olan təxminən 100 milyon barel neftdən gedir. Daha sonra bu icazənin müddəti bir neçə dəfə uzadılıb, sonuncu dəfə isə iyunun 17-dək.

İcazə ABŞ-nin İrana qarşı hərbi əməliyyatı və Hörmüz boğazının bağlanması səbəbindən verilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər