Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Bu barədə Tramp “twitter” hesabında yazıb.

“Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, deyə Tramp vurğulayıb.

Reuters-in məlumatına görə, Ağ Ev Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Tramp qərarında israrlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər