20 C
Baku
Thursday, May 2, 2024

Tramp bu vaxt prezident seçkiləri planlarını açıqlayacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ehtimal ki, 2024-cü ildə keçiriləcək prezidentliyə namizədliyini irəli sürmək niyyətini noyabrın 15-i açıqlayacaq.

Siyasətçinin çıxışı Floridadakı Mar-a-Laqo malikanəsində keçiriləcək.

Daha əvvəl “The Guardian ” mənbələrinə istinadən yazıb ki, Tramp noyabrın 15-i axşam 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını bəyan etmək niyyətindədir. Nəşrin məlumatına görə, siyasətçi aralıq Konqres seçkilərində Respublikaçılar Partiyasının uğursuzluqlarına baxmayaraq, prezidentlik kampaniyasına başlamağa hazırdır.

Donald Tramp amerikalı milyarder və 20 yanvar 2017-ci ildən 2021-ci il yanvarın 20-dək ABŞ-ın 45-ci prezidenti olub. Tramp Respublikaçılar Partiyasını təmsil edir. Onun beş övladı var və üçüncü həyat yoldaşı model Melaniya Trampla evlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər