Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı məlumatları yalan adlandırıb.

Banker.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

“İran nüvə silahına malik olmamağa razılaşıb. ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi barədə məlumat qəsdən faktların təhrif edilməsidir”, – deyə ABŞ lideri bildirib.

O, bu məlumatın yayılmasına görə demokratları ittiham edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər