7 C
Baku
Thursday, December 12, 2024

Tramp texnoloji şirkətlərin “zülmünə” cavab olaraq yeni sosial şəbəkə yaradır

ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus olan “Trump Media & Technology Group” şirkəti texnoloji nəhənglərin “zülmünə” cavab olaraq yeni “TRUTH Social” şəbəkəsini yaradır.

Xatırladaq ki, yanvarın 6-sı Tramp tərəfdarları ABŞ Konqresinə hücum etdikdən sonra “Facebook” və “Twitter” siyasətçinin hesablarını bloklayıb.

Banker.az xəbər verir ki, “Trump Media & Technology Group”un missiyası – liberal media konsorsiumuna rəqib yaratmaq, o cümlədən Amerikadakı müxalif səsləri susdurmaq üçün bir tərəfli gücdən istifadə edən Silikon Vadisinin texnoloji şirkətlərinə qarşı çıxmaqdır”, – Trampın mətbuat katibi cənab Liz Harrinqtonun açıqlamasında deyilir.

Keçmiş dövlət başçısı hətta Taliban hərəkatının bir çox nümayəndələrinin “Twitter” hesablarına sahib olduğuna diqqət yetirib. “Sizin sevimli prezidentinizi isə susmağa məcbur edirlər. Bu qəbuledilməzdir”, – deyə Tramp söyləyib.

“Trump Media & Technology Group” şirkəti həmçinin “Digital World Acquisition Group” ilə birləşdiyini bildirib. Beləliklə, bazara potensial dəyəri 1.7 milyard dollar olan yeni şirkət çıxıb.

Son xəbərlər
Digər xəbərlər