3 C
Baku
Saturday, December 14, 2024

Trampın immiqrasiya siyasəti İT nəhənglərinə 32 mlrd. dollar zərər vurub

ABŞ prezidenti Donald Trampın immiqrasiya və proteksionist ticarət siyasəti Silikon vadisinə 32 mlrd. dollar zərər vurub.

“Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “S&P 500” indeksinə daxil olan 5 (“Apple” -0,67%, “Alphabet” -2,6%, “Amazon” -1%, “Facebook” -1,4%), “Microsoft” -1,3%) ən iri texnoloji şirkətinin bazar dəyəri 1% azalıb.

Şirkətlərin rəhbərləri dərhal Trampın fərmanını kəskin tənqid edib. Belə ki, “Google” şirkətinin baş direktoru Sundar Piçai yazdığı açıq məktubda fərmanı “ağrılı” adlandırıb və qeyd edib ki, prezidentin imzaladığı sənəd şirkətin 100-dən artıq əməkdaşına təsir edib.

“Facebook” şirkətinin təsisçisi və rəhbəri Mark Zukerberq isə qeyd edib ki, “biz qaçqınlar və bizə ehtiyacı olanlar üçün qapılarımızı açıq saxlamalıyıq”.

“Bloomberg” isə qeyd edir ki, texnoloji şirkətlər “Ağ ev”dən gələn növbəti zərbəyə ahzır olmalıdır. Belə ki, agentliyin mənbələri bildirib ki, Trampın komandası işgüzar vizaların verilməsini çətinləşdirən fərmanın üzərində işləyir. Beləliklə, yeni prezident xarici ölkə vətəndaşlarının ABŞ şirkətlərinə cəlb olunmasını əngəlləmək niyyətindədir.

Xatırladaq ki, ötən həftənin cümə günü D. Tramp “ABŞ-ın xarici terroristlərin ölkəyə girişindən qorunması” haqqında fərman imzalayıb. Fərmana əsasən, İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün ərazində qadağan olunur. Bununla yanaşı, ABŞ 120 gün ərzində qaçqınların qəbulunu dayandırıb.

Son xəbərlər
Digər xəbərlər