23 C
Baku
Saturday, April 20, 2024

Trampın sosial şəbəkəsi tətbiqi “App Store”a çıxarıldı

Birləşmiş Ştatların sabiq, 45-ci prezidenti Donald Trampın “Truth Social” adlı yeni sosial şəbəkəsinin proqramı “App Store” mağazasına çıxarılıb.

Banker.az Reuters agentliyinə istinadla xəbər verir ki, bundan sonra “Truth Social” sosial şəbəkəsini “Apple” şirkətinin proqramlar mağazasında tapmaq olacaq.

“Bu həftə “App Store” mağazasında yerləşməyə başlayırıq. Bizim platformada daha çox istifadəçi olacaq”, – deyə “Trump Media & Technology Group” kompaniyasının rəhbəri, ABŞ-ın Respublikaçılar partiyasının sabiq nümayəndəsi Devin Nunyes bildirib.

Onun sözlərinə görə, mart ayının sonuna qədər platforma tam şəkildə işlə düşəcək.

“Truth Social” proqramının işə düşməsi sabiq prezidentin sosial şəbəkəyə qayıtması anlamına gəlir.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da etirazçıların Kapitoli binasına hücumundan sonra zorakılığa təşviqedici mesajların dərc olunmasında ittiham edilən Donald Trampın “Twitter”, “Facebook” və “YouTube” platformalarındakı hesablarına qadağa qoyulub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər