2 C
Baku
Saturday, December 14, 2024

Trampın triumfu və ya ABŞ-dakı seçkilər üzərinə mülahizələr

      Amerika Birləşmiş Ştatlarında bütün dünyanın maraqla izlədiyi prezident seçkiləri arxada qaldı. Birmənalı sayılmayan və sürpriz nəticələri ilə bu seçki çoxlarının təəccübünə səbəb olsa da, mənim diqqətimi çəkən əsas məqam müasir dövrün seçki rəqabəti çərçivəsində əsas namizədlər olan Hillari Klinton və Donald Trampın seçki kampaniyalarının təşkili və idarə olunması oldu. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, ABŞ-dakı son prezident seçkiləri biznes və seçki kampaniyası fəaliyyətlərinin nə qədər oxşar olduğunu bir daha təsdiq etmiş oldu. Məlum oldu ki, illər keçdikcə ABŞ-da seçki kampaniyaların büdcələri də heyrətamiz bir şəkildə artmaqdadır və bunun nə üçün baş verdiyini və photonə mənaya gəldiyini özümüz üçün aydınlaşdırmaq heç də pis olmazdı. Məsələ burasındadır ki, seçki kampaniyalarının biznes kampaniyaları ilə bənzərliyinin artmasının əsas səbəblərindən biri artan rəqabət şəraitində gündən-günə genişlənən marketinq fəaliyyətləridir. İnformasiya texnologiyalarının inkişaf etməsi və dünyanın qloballaşması nəticəsində hər hansı bir kampaniyanın müvəffəq olması üçün reklam və PR xərclərinin dəfələrlə artırılması lazım gəlir. Misal üçün, XIX əsrdə ABŞ-da prezident seçkiləri zamanı namizədlərin əhali ilə ünsiyyəti ya canlı nitqlər ya da nitqlərin və xəbərlərin qəzetlərdə nəşr olunması ilə baş verirdisə, daha sonra bu kommunikasiya vasitələrinə, sıra ilə radio, televizor və nəhayət internet vasitələri, xüsusən də, müasir dövrdə sosial media da daxil oldu. Nəticədə xərclər artdı və bu xərcləri cəlb etməyə qadir olan nəhəng partiyalar sağ qalıb möhkəmləndilər. İqtisadi imkanları məhdud olan digər partiyalar isə seçkilərdə müvəffəqiyyət qazanmaq şansını itirdilər.

    Hal-hazırda, ABŞ-ın iki köklü partiyası olan Respublikaçılar və Demokratlar siyasi bazarın 80 faizindən artığını nəzarətdə saxlayırlar. Yerdə qalan 48 kiçik partiya demək olar ki, heç bir təsir gücünə sahib deyil ki, bunun da səbəbi həm də ABŞ-ın seçki sisteminin özünəməxsus əngəlləridir. ABŞ-ın fərqli xüsusiyyətləri olan seçki sistemi ölkənin demokratiya və insan azadlıqlarının  “qalası “ hesab olunmasına baxmayaraq əsasən böyük partiyaları dəstəkləyəcək şəkildə təşkil olunmuşdur. Bu məqamı daha yaxşı anlamaq üçün tarixi ekskursiya vacibdir.

    Əsrlər öncə, quldarlıq dövründə özlərini  ilahiləşdirilmiş insanların şəksiz üstünlüyü var idi. Misir fironları, Cənubi Amerikanın yerli qəbilə başçıları, Çin imperatorları bunun bariz nümunələri idilər. Üstünlüyün arxasında reallıqla əlaqəsi olmasa da bəzi insanların “ilahi” üstünlüyü düşüncəsi var idi. Orta əsrlərdə hökm sürmüş feodalizm dövründə isə zadəganlar özlərini cəmiyyətin digər qismindən üstün hesab edirdilər. Bu dövrdə üstünlük obyekti kimi soy-kök və torpaq çıxış edirdi. Kapitalizmin təşəkkül tapması ilə varlı burjuaziya sahibləri hansı ki, istehsalat və ticarəti öz əllərində saxlayırdılar və nəticədə pula sahib idilər, cəmiyyətdə şəriksiz üstünlük əldə etdilər. Yani üstünlüyün arxasında pul dayandı. Bu gün isə kapitalizmin müasir mərhələsi olan bazar iqtisadiyyatı özünəməxsus quruluşa çevrilmişdir: demokratiya və insan hüquqları konteksində pulun hakimiyyəti formalaşmışdır. İnsanların qanun qarşısında bərabərliyi çərçivəsində pulun hökmranlığı dövrü kimi ilk baxışdan ziddiyyətli görünən bir quruluş ortaya çıxmışdır. Bu ziddiyyətin bariz sübutu ABŞ-dakı son seçkilərdə bir daha ortaya çıxdı. Seçki iki ayrı şirkətə məxsus rəqib məhsulların bazarda rəqabəti şəraitində keçdi və hər iki partiya-şirkət ,demokratlar və respublikaçılar öz məhsullarını Klintonu və Trampı müştərilərə, yəni seçicilərə, satmaq uğrunda “sərt” reklam və satış kompaniyaları həyata keçirtdilər. Qazanılan səslər qazanılan gəlir olaraq hesab olunurdu, hansı ki, hər bir biznesin əsas məqsədidir.

     İndi isə namizədlərin seçki büdcələrinə nəzər salaq. İlk öncə qeyd edim ki, ABŞ-da bu seçkiyə qədər olan son 10 prezident seçkisinin 9-nu seçki büdcəsi daha böyük olan namizəd qazanmışdı. 2016-cı il seçkisini ilk baxışdan seçki büdcəsi daha az olan namizəd, Tramp qazandısa da unutmaq lazım deyil ki, Tramp kifayət qədər zəngin biridir və onu şəxsi sərvəti də seçkilər zamanı onun seçki büdcəsinin keşiyində idi. Hər iki  satış kompaniyaları həyata keçirtdilər.Qazanılan səslər qazanılan pulların əvəzi olaraq meydana sürüldü.uğrundan sərt rnamizədin seçki kampaniyasına birlikdə 2 milyard dollardan artıq pul xərcləndi. Bu rəqəm özü kifayətdir ki, seçkilərin biznes rəqabətinə çevrildiyini sübut etsin. Amma məsələ burasındadadır ki, hədəf daha böyük idi. Məsələn, Hillari Klinton büdcə hədəfi olaraq 2,5 milyard dollar toplamağı qarşısına qoymuşdu. Bu tarixin ən böyük büdcəsi ola bilərdi əgər bu məbləğ toplanıb onun seçkilərdə topladığı səslərin sayına bölünsəydi ,ki, bu rəqəm təxminən 60 milyon səsdir, onda hər səsin qiyməti  41,6 dollar edərdi ki, bu da təxminən 75 manat demək idi. Beləliklə, şübhə ortaya çıxır? Bu qədər pul xərclənirsə, deməli, kim isə və ya kimlərsə bu pulları gələcəkdə daha artıq miqdarda geri qaytarmağın yollarını da tapmışdır. Əks halda bu qədər pul nə üçün xərclənsin, üstəlik, seçkidə 50 faiz uduzmaq təhlükəsi da varsa?.

     Bir digər maraqlı məqam namizədlərin seçki kampaniyası üçün pul cəlb etmək yolları idi. Vəsait cəlbetmənin qaranlıq görünən tərəflərini qeyd etməsək, seçki kampaniyasının rəsmi saytlarında yerləşdirilmiş, pullu alış-veriş bölmələri hər iki namizəd üçün ianə toplayırdı. Burada namizədə aid olan seçki geyimləri, qeyd dəftərləri, bayraqlar, breloklar və digər aksessuarlar satılırdı. Qiymətlər Klintonun saytında 1 dollarla 35 dollar arasında dəyişdiyi halda, Trumpun səhifəsində isə ianələrin əvəzi olaraq T-shirtlər verilirdi ki, ianənin da məbləği 45 dollardan başlayırdı.

      İndi isə gələk namizədlərin seçkiqabağı siyasi marketinq fəaliyyətlərinə. Siyasi marketinqin hədəfi seçicilərin səslərini namizədin xeyrinə toplamaqdır. Bunun üçün namizədlər mürəkkəb marketinq fəaliyyətlərinə ehtiyac duyurlar çünki reallıqda onların seçilməsinə səbəb olan xüsusiyyətlərə ya heç sahib olmurlar ya da bu xüsusiyyətləri barədə seçicilər hər hansı fikrə sahib olmurlar. Nəticə olaraq, istənilən halda, namizədin xalqın ehtiramına layiq olub-olmamasından asılı olmayaraq siyasi marketinq planı işlənib hazırlanmalı və tətbiq olunmalıdır. Müasir dövrdə, Azərbaycan tarixində bəhs olunduğu kimi ,Şirvanşah I İbrahim kimi,heç kəsə torpaq şumlayarkən hökmdar seçildiyi barədə xəbər gətirmirlər. Hərtərəfli seçki kompaniyası üçün milyon dollarla vəsaitə, həmçinin, mütəxəssislərə ehtiyac duyulur. Misal üçün, Klintonun kampaniyasının üzvlərinin sayı 700 nəfər, Trampınki isə 70 nəfər idi. Buna baxmayaraq, seçkilərdə biznesdə olduğu kimi Amerika xalqının istək və ehtiyaclarını daha yaxşı oxumağı bacaran tərəf qalib gəldi. Radikallaşan dünyada amerikalılar “birlikdə daha güclü olmaq”dansa, “Amerikanı yenidən böyük etməyi” üstün tutdular. Trampın seçki kampaniyası sadə amerikalıları çox yaxşı “oxumuşdu”. Məsələn, sülh, əmin-amanlıq, mehriban qonşuluqdan danışmaqdansa ,yadelliləri qovmağı və  bu yolla amerikalılar üçün iş yerlərinin sayını artırmağı, yerli şirkətləri ölkəyə qaytarmağı və sair vədləri verirdilər. Üstəlik, Hillari Klintondan fərqli olaraq Trampın nitqləri diplomatik və elmi deyil, tamamilə sadə, hətta, kobud səslənirdi.

       Son olaraq, bunu da yadda saxlamaq lazımdır ki, seçicilərin məntiqlə qərar verdiyinə inanmaq sadəlövhlük olardı. İstər biznesdə, istərsə də siyasətdə, xalqın seçiminin arxasında duran məntiq həmişə araşdırma mövzusu olmuşdur. 19-cu əsrdə məşhur fransız sosioloqu Qustav Le Bon “Kütlə psixologiyası” əsərində yazırdı ki, insanlar bir yerə toplanıb kütləyə çevrildikcə onların məntiqlə qərar vermək ehtimalı da azalır. Dünyanın ən məntiqli millətlərindən biri sayılan almanların 1933-cü ildə Adolf Hitleri seçimlə vəzifəyə gətirməsi və sonradan baş verən fəlakətlər hələ də unudulmayıb. Ya da, son dövrlərə nəzər salsaq, Əfqanıstan və İraqa hücum etmək əmrini verən ABŞ prezidenti Corc Buşu , Avropanın ondan heç də fərqlənməyən liderləri Berluskoni və Sarkozini hətta Putini və digərlərini  də xalqların “məntiqli” seçimləri siyahısına daxil etmək olar.

Müəllif: Ruslan Süleymanli

 

Son xəbərlər
Digər xəbərlər