19 C
Baku
Friday, May 3, 2024

“TuranBank” 30 illiyinə özəl əmanət faizlərini yüksəltdi – 12% gəlir

“TuranBank” ASC fiziki şəxslər üzrə təklif etdiyi manatda müddətli əmanətlərin rüblük və aylıq faizlərini yüksəldib.

Bu barədə Banker.az məlumatı bankın saytından əldə edir.

Belə ki, bank tərəfindən təklif edilən Sirlər Xəzinəsi əmanətinin rüblük ödəniş faiz dərəcəsini 12 -18 ayadək müddət üçün 10%-dən 10.75%-ə qədər, aylıq 12 -18 ayadək müddət üçün 9.75%-dən 10.5%-ə qaldırıb.

19-24 ayadək olanların rüblük ödəniş faizlərini 10.25%-dən 11%-dək, aylıq olanlar üçün  isə 10%-dən 10.75% qaldırılıb.

25 ayadək olan əmanətlərin rüblük ödəniş faizini 11%-dən 11.5%-ə, aylıq ödənişlə olanlar üçün isə 10.25%-dən 11%-ə qaldırıb.

Qeyd edək ki, əmanətlər 100 min manatadək məbləğdə olduğu halda yuxarıdakı ödəniş faizləri həyata keçirilir. Müddətin sonuna isə bu əmanətlərin illik ödəniş faizi 12% təşkil edir.

Bu əmanət həmçinin illik ABŞ dollarında 2.5%-dək, avroda isə 0.75%-dək ödənişlər təkli edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər