23 C
Baku
Thursday, April 25, 2024

Türk Hava Yolları və PAŞA Bank arasında “Miles&Smiles” üzrə müqavilə daha 3 il uzadıldı

Türk Hava Yolları və PAŞA Bank arasında “Miles&Smiles” layihəsi üzrə müqavilənin müddəti daha 3 il uzadılıb.

Banker.az xəbər verir ki, bunu PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov bildirib.

“Miles&Smiles” layihəsi üzrə müqavilənin müddəti 2025-ci ilə qədər uzadılıb.

Bank Özəl Bankçılıq blokunun baş direktoru Aqşin Mirzəzadə isə bildirir ki, müşahidələrində bu karta ölkədə böyük maraq var. Ona görə, dövriyyə artımı bunu deməyə əsas verir.

Qeyd edək ki, PAŞA Bank Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində PAŞA Bankın POS terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanaq və toplanan milləri dünyanın 308 istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir.

Bundan başqa, PAŞA Bankın Miles&Smiles kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles & Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (çağrı və “Chatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər