21 C
Baku
Thursday, May 9, 2024

“Türk Hava Yolları”nın keçmiş CEO-su Hindistan aviaşirkətinin rəhbəri olub

“Türk Hava Yolları” şirkətinin keçmiş CEO-su İlker Aycı Hindistanın milli aviadaşıyıcısı – “Air India” şirkətinin yeni baş direktoru olub.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İlker Aycı vəzifəsinin icrasına aprelin 1-dən başlayacaq.

“Air India” bu ilin əvvəlindən özəlləşdirilərək Hindistanın “Tata Group”nun nəzarətinə keçib. Holdinqin İdarə Heyətinin sədri N.Çandrasekaran bildirib ki, İ.Aycı öz biliyi və uzaqgörən idarəetmə tərzi ilə aviasiya dünyasında özünü sübut etmiş liderdir.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər