6 C
Baku
Sunday, December 15, 2024

Türk lirəsi Ukraynadakı hadisələrdən əziyyət çəkir: yenidən dəyər itirir

Türkiyə lirəsi Ukrayna böhranının və Rusiyaya tətbiq edilən sanksiyaların, xüsusən də artıq artan inflyasiyaya və cari hesab kəsirinin genişlənməsinə təsiri ilə bağlı narahatlıqlar səbəbindən bu gün (10 mart 22) ardıcıl səkkizinci sessiyadır ki ucuzlaşır.

Türkiyənin milli valyutası ldollar qarşısında 0.5% ucuzlaşaraq 14.7600-ə düşüb ki, 2022-ci il ərzindəki dəyər itkisini 11%-ə yaxın təşkil edib. Bildirək ki, lirə 2021-ci ildə artıq dəyərinin 44%-ni itirmişdi.

EBRD-nın aparıcı regional iqtisadçısı Rocer Kelli Reutersə deyib ki, Ukrayna böhranının ortaya çıxması o deməkdir ki, hakimiyyət “məhdud ehtiyatlar səbəbindən milli valyutanın bir qədər ucuzlaşmasına imkan verməlidir”.

Daha çox valyuta ehtiyatı kömək edərdi, amma Ukraynadakı vəziyyət bu il gözlənilən $34 milyardlıq turizm gəlirində böyük bir boşluq yarada bilər”- deyə, R.Kelli bildirib.

İqtisadçı bildirir ki, Türkiyə aşağı parametrdə olan monetar siyasətini yenidən nəzərdən keçirə bilər.

Türkiyə Mərkəzi Bankı 2021-ci ilin sentyabr ayında monetar siyasətində yumşaltma dövrünə başladı və o vaxtdan bəri  faiz dərəcəsini 500 baza bəndi(5 faiz bəndi) azaldıb 14%-ə endirdikdən sonra ölkənin milli valyutası kəskin dəyər itirdi.

Hökumət USD/TRY məzənnəsindəki tarixi rekord – 18.4 səviyyəsindən sonra lirədə olan depozitlər və cari hesabları qorumaqla bağlı qərar verdi ki, hansı ki, bu qərarla hökumət öz büdcəsi hesabına bu itkiləri qarşılamalı olub.

Bununla belə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar artan enerji və xammal qiymətləri, çox güman ki, enerji idxalından asılı olan Türkiyənin kəsirini genişləndirəcək və artıq son iyirmi ilin maksmumu – 54.44%-ə çatan inflyasiyanı artıracaq.

 

Son xəbərlər
Digər xəbərlər