15 C
Baku
Saturday, April 27, 2024

Türk Hava Yolları “Boeing 737 MAX”ların istisimarını bu gündən dayandırır. AZAL isə bunlardan 10 yenisin alır

Türk Hava Yolları (THY) “Boeing 737 MAX” tipli təyyarələrin istifadəsini dayandırıb. Bu barədə Şirkətin mətbuat xidmətindən Report İnformasiya Agentliyinə verilən məlumata görə, bu barədə qərar ötən gün verilib və qərar 13 mart tarixindən qüvvəyə minib.

Məlumatda deyilir ki, THY-nın təyyarə parkında ümumilikdə 12 ədəd “Boeing 737 MAX” tipli hava gəmiləri var.

THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas açıqlamasında bildirib ki, Azərbaycana uçan sərnişin təyyarələri arasında “Boeing 737 MAX” yoxdur.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində və bu il 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənə qədər “Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib.

AZAL-ın prezidenti Cahangir Əsgərov bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcəyini bildirib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər