17 C
Baku
Tuesday, May 21, 2024

Türkiyənin cari əməliyyat balansındakı kəsr proqnozları aşaraq $6 mlrd.-a çatdı

Türkiyə Respublikasının 2022-ci ilin dekabr ayı üzrə cari balansı açıqlanıb və kəsir (defisit) gözlənilmədən artıb.

Banker.az bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir.

Məlumata görə, ölkənin 2022-ci ilin dekabrında cari əməliyyat balansında 5.91 milyard ABŞ dolları defisit yaranıb. Bu da iqtisadçılar tərəfindən proqnoz edilən 5.5 milyard dollarlıq defisiti üstələməsi deməkdir.

Ölkənin cari əməliyyat balansında 2022-ci ilin 3.67 mlrd. dollar defisit yaranmışdı.

Qeyd edək ki, cari əməliyyat balansı ölkənin tədiyə balansının əsas komponentidir. Burada, xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir.

Bu profisitlə tamamlanarsa ölkə valyutası üçün müsbət hal, mənfi olarsa, onun ucuzlaşması üçün təziyiq yaradan amildir.

Hazırda Türk lirəsi ABŞ dollarına qarşı ucuzlaşıb. Lirənin məzənnəsi dollara qarşı 18.81 lirə səviyyəsindən 18.83 lirə səviyyəsinə qədər ucuzlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər