5 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Azərbaycan qazının idxalını 27% azaldıb

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 305,42 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 27% azdır.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 3 157,97 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya (boru ilə nəql edilən qaz – red.) və ABŞ-dan (mayeləşdirilmiş təbii qaz – red.) sonra üçüncü yerdə qərarlaşıb.

Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin “Botaş” şirkəti və “Şahdəniz” konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, “Şahdəniz-1” çərçivəsində qazın tədarükü azaldılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər