9 C
Baku
Friday, December 13, 2024

Türkiyə Azərbaycan qazının idxalını azaldıb

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5 160,38 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,8% azdır.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5 418,48 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, iyul ayında Türkiyə Azərbaycandan 709,97 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 31,5% çoxdur.

Ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin “Botaş” şirkəti və “Şahdəniz” konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, “Şahdəniz-1” çərçivəsində qazın tədarükü azaldılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər