20 C
Baku
Thursday, May 2, 2024

Türkiyə-Azərbaycan Universitətinə qəbul imtahanı DİM tərəfindən keçiriləcək

Türkiyədə oxumaq istəyən tələbələrin bir hissəsi rahatlıqla Türkiyə-Azərbaycan Universitetini seçə biləcək.

Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Universitetə qəbul üçün imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək:

“Universitetdə magistratura pilləsinin olub-olmaması ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Bu universitetin təkcə Azərbaycan üçün deyil, həm də regionun önəmli təhsil müəssisəsinə çevrilməsini istəyirik”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər