23 C
Baku
Tuesday, April 23, 2024

Türkiyə bir il ərzində qaz qovşağını işə salmağı planlaşdırır

Türkiyə Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsini bir il ərzində işə salmağı planlaşdırır.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Şərqi və cənub-şərqi Avropada qaz ticarəti mərkəzləri yoxdur. Bizim təmasda olduğumuz region ölkələri də bu qaz mərkəzi layihəsini dəstəkləyir. İnşallah, 1 il ərzində qaz mərkəzini işlədə biləcəyik”, – Fatih Dönməz qeyd edib.

O əlavə edib ki, Ankara zərurət yaranarsa, Avropadakı enerji böhranının aradan qaldırılmasında vasitəçi kimi çıxış edə, həmçinin terminalları vasitəsilə regiona qaz ixrac edə bilər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər