10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə bu il qaz istehlakını 10%-dən çox azaldacaq

Bu il Türkiyədə təbii qaz istehlakı keçən ilin göstəricisinə nisbətən 10-12% az olacaq.

Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir ölkədə elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının daha yüksək olduğunu bildirərək, bu il təbii qaz istehlakının keçən ilə nisbətən 10-12% az olacaqını qeyd edib.

Fatih Dönməz onu da əlavə edib ki, Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin edən “Türk axını” boru kəməri tam buraxılış gücünə yaxın həcmdə fəaliyyət göstərir.

“Saros” üzən LNG (mayeləşdirilmiş təbii qaz) saxlama və qazlaşdırma qurğusu gələn ilin yanvar ayında istifadəyə veriləcəyini qeyd edən Fatih Dönmez, Omanla LNG alınması ilə bağlı danışıqların davam etdiyini və müsbət olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin keçən il təbii qaz istehlakı 59.8 mlrd. kubmetr olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər