13 C
Baku
Friday, April 19, 2024

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması barədə qərar qüvvəyə minib

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.

Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Vurğulanıb ki, qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər