9 C
Baku
Friday, December 13, 2024

Türkiyə hərbçilərinin İraq və Suriyada qalma müddəti daha iki il uzadılır

Prezident Rəcəb Tayyib Ərdoğan İraqda və Suriyada olan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin qalma müddətinin daha iki il uzadılması haqqında qanun layihəsini parlamentə təqdim edib.

Bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada qalma müddəti oktyabrın 29-da başa çatır. Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-dan onun daha iki il müddətinə uzadılmasını istəyib.

Qeyd olunub ki, Türkiyə milli təhlükəsizliyi təmin etmək məqsədilə İraq və Suriya ilə sərhəddəki bütün terror qruplaşmalarına qarşı mübarizəni davam etidirəcək

Son xəbərlər
Digər xəbərlər