10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 30%-ə qaldıra bilər

Bu həftə Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 30%-ə qaldıra bilər. İndi bu, 25%-dir, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

Məzənnə ilə bağlı qərar Pul Siyasəti Komitəsinin sentyabrın 21-də baş tutacaq iclasında veriləcək. Analitiklərin fikrincə, tənzimləyici uçot dərəcəsini ən azı 27.5%-ə çatdıracaq. Buna baxmayaraq, onlardan bəziləri Türkiyə Mərkəzi Bankının dərhal uçot dərəcəsini 30%-ə qaldıracağına inanır.

Tənzimləyici bu addımı pul siyasətinin sərtləşdirilməsini nəzərdə tutan inflyasiya ilə mübarizə çərçivəsində atmaq niyyətindədir. Nəşrin sorğusunda iştirak edən analitiklərin fikrincə, ilin sonuna qədər əsas dərəcə 35%-dən 45%-ə qədər yüksələ bilər.

Son xəbərlər
Digər xəbərlər