17 C
Baku
Saturday, May 4, 2024

Türkiyə Mərkəzi Bankı faizləri kəskin qaldırdı

Türkiyə Mərkəzi Bankının Pul komitəsi uçot faiz dərəcəsinə (bir həftəlik repo faizi) dair faiz qərarını verib.

Banker.az xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırıb.

Bu, 2021-ci ilin noyabr iclasından bu tərəfə ən sərt monetar siyasətidir.

Bu konsensus olaraq iqtisadçılar tərəfindən proqnozlaşdırlan 20% səviyyəsindən aşağıdır.

“Pul komitəsi dezinflyasiya kursunu tez bir zamanda qurmaq, inflyasiya gözləntilərini möhkəmləndirmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün pul siyasətini sərtləşdirmə prosesinə başlamaq qərarına gəlib”- deyə, TCMB bildirir.

Bu xəbərdən sonra Türk lirəsi ABŞ dollarına qarşı 2.78% ucuzlaşmaqla 24.2256 lirə səviyyəsinə düşdü.

Türkiyədə Ərdoğanın yenidən prezident seçilməsindən sonra, tanınmış iqtisadçı Mehmet Şimşeyi xəzinə və maliyyə naziri təyin edib. Bu təyinatdan sonra investorlar tərəfindən M.Şimşəyin və eləcə də TCMB-nin yeni rəhbəri xanım Hafize Gaye Erkanın ölkədə indiyə qədər yürüdülən ultra-yumşaq və eləcə də qeyri-ənənəvi (çünki ölkədə yüksək inflyasiya şəraitində faizləri endirmişdilər) siyasətinə qarşı çıxacağına və ənənəvi siyasətə davam edəcəyi təxmin edilirdi.

Nüfuzlu banklar bununla bağlı qeydlərindən TCMB-nin 25%-ə və hətta 40%-ə qədər uçot faiz dərəcəsini qaldıracağına inanırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər