Türkiyə hakimiyyəti Meta şirkətini rəqabət qanununu pozduğuna görə 346,7 milyon lirə (18,63 milyon dollar) məbləğində cərimələyib.
Bu barədə oktyabrın 26-da Türkiyənin Antiinhisar Komitəsi məlumat yayıb.
Məlumata görə, Meta “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərində toplanmış məlumatları birləşdirir ki, bu da sosial şəbəkə və internetdə kontekstli reklam bazarında rəqiblərinin işini çətinləşdirir.