Türkiyə öz messengerini təqdim edəcək

“Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar yerli mesajlaşma proqramının tezliklə istifadəyə veriləcəyini açıqlayıb.

Bu barədə Bayraktar bir sosial media istifadəçisinin “Abi, bizə mesajlaşma proqramı hazırla” mesajına cavab verib.

“O da hazırdır, hətta, istifadə də edirik… Çox yaxındır”, sözlərini yazıb.

Lakin, yeni mesajlaşma proqramının bütün istifadəçilər üçün əlçatan olmasının vaxtı hələ də maraq mövzusu olaraq qalır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər