15 C
Baku
Sunday, May 5, 2024

Türkiyə polad ixracını 34,6 faiz artırıb

2022-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 24,8 milyard dollar məbləğində polad ixrac edib.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər