-3 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Prezidenti Şuşaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşaya səfər edəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması başda Ermənistan olmaqla, regiondakı bütün tərəflərə yeni şans verib.

Xatırladaq ki, Ərdoğan iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin Türkiyə-Uels matçını izləyəcəyini bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər